Sıla

Sıla

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

  Türk pop musiqisinin ən güclü səslərindən biri olan Sıla, “Kapkara”, “Hep Olsun Aşk”, “Mesela” və “Rüyalar Güzeli” kimi yeni mahnılarının yanaşı, “Yan Benimle”, “Boşyere”, “Muhbir” kimi sevilən klassik hitləri ilə dinləyicilərinə unudulmaz bir konsert proqramı təqdim edəcək.

18 yanvar 2026-cı il tarixində Bakı Konqres Mərkəzində baş tutacaq bu gecə romantika və enerji ilə zəngin musiqi dolu bir qış axşamına çevriləcək.

Hazır olun, bu dəfə Bakıda Sıla küləyi əsəcək!

 

Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.

Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.

Yaş məhdudiyyəti / Dil

6+ / Türkçe
Sıla Sıla

Məkan yeri
Təbriz Küçəsi, Bakı, Azərbaycan